8 Mart Beynəlxalq Qadınlar günü
8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bütün qadın kollektivimizi təbrik edir,onlara can saglığı,uzun ömür və işlərində yeni-yeni nəaliyyətlər arzu edirik. Ulu öndərimiz qadınlar haqqında çox müdrik fikirlər söyləmişdir." Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür,onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar." Mərhum prezidentimiz hər çıxışında Azərbaycan qadınının tarixən keçib gəldiyi böyük,şərəfli yoldan,onun yaradıcı dühasından qürurla söz açmışdır.Axı doğrudanda da, həyatda elə bir qadın yoxdur ki,onda yaradıcılıq qistedadı olmasın .Qadının ən böyük yaradıcılığı dünyaya övlad gətirməsidir. Bu övladı tərbiyə edib boya-başa çatdırmaq,onu həm fiziki,həm mənəvi cəhətdən sağlam bir insan kimi yetişdirmək isə əslində fədakarlıqdır.Hər bir ana öz balasını Vətən üçün ləyaqətli bir insan,kamil bir vətəndaş kimi görmək istəyir.Və bu istək naminə də özünü oda-közə vurub bütün varlığı ilə çalışır,carpışır.Ailə ocağının,övladlarının çırağı, pərvanəsi olan qadın cəmiyyətdə əvəzsiz rol oynayır.XX əsri sona çatdırarkən qazandığımız böyük nailiyyətləri gözdən keçirəndə onların çoxunda qadınlarımızın xidmətini aydın görə bilərik.