Bu qan yerdə qalan deyil

Nərimanov rayonu 73 №li tam orta məktəbin U.B.T.R-i Vəliyeva Aynurənin rəhbərliyi ilə şagird kollektivi 26.02.2015-ci il “Bu qan yerdə qalan deyil” adlı tədbir kecirtdi. Aparıcı tədbiri açıq elan edərək sözü məktəbimizin direktoru Şölə İbrahimovaya verdi. O XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımdan 23 il keçməsinə baxmayaraq ürək ağrısıyla danışdı və şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdi. İllər ötməsinə baxmayaraq bu faciə bizim üçün həmişə təzədir və həmişə qəlbimizi göynədir. 1995-ci il fevralın 25-dən 26-a keçən gecə Rusiyanın 366 topadıcı alayının iştirakı ilə erməni faşistləri Azərbaycanın dilbər güşəsi olan Qarabağın Xocalı şəhərini yerlə yeksan etdilər. 2500 nəfər sakini olan şəhərimiz soyqırıma məruz qalıb,yerlə-yeksan olub. Bu qətliam nəticəsində Xocalıda 613 nəfər qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir düşmüşdür. Onların bir çoxu əsirlikdən qayıtmamış və sonrakı taleləri barədə hər hansı məlumat yoxdur. Bu gün ulu öndərimizin layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin apardığı güclü siyasət nəticəsində yaxın bir vaxt ərzində torpaqlarımız düşmənlərdən azad ediləcək və soydaşlarımız öz doğma yurdlarına qayıdacaq. Sonra məktəbin tarix müəllimi Salamova Tükəzban müəlliməyə söz verildi. O da öz çıxışında xalqımızın qəlbində dərin izlər buraxmış Xocalı faciəsindən danışdı. Biz bilirik ki, qadınlar və uşaqlar toxunulmazdır. Amma qəddar erməni cəlladları qadın və uşaqları qəddarcasına qətlə yetirir,onlara ağlasığmaz işgəncələr verirdilər.Düşmən 8 ailəni tamamilə məhv etmiş,25 uşaq hər iki valideyinlərini, 132 uşaq valideyinlərdən birini itirdi.Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərin 76-sı uşaq idi. Daha sonra şsgird kollektivi hazırladıqları tədbirlə həmin günləri bir daha yad etdilər.