Tarixə həkk olunmuş ömür

Hər il may ayının gəlişini xalqımız sevinc, ümid və iftixar hissilə qarşılayır. Bu da təsadüfi deyil məhz bu ayda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü təntənə ilə, böyük məhəbbət və ehtiramla bayram edilir.Bu münasibətilə məktəbimizin UBRT-nin Vəliyeva Aynurənin rəhbərliyi ilə Tarixə həkk olunmuş ömür ilə bağlı tədbir keçirildi.Tədbirdə şagirdlər Ulu Öndərimizə həsr olunmuş şerlər və kompazisiyalar nümayiş etdirdilər.Məktəbimizin direktoru İbrahimova Şölə müəllimə öz çıxışında əlavələr edərək bildirdi ki,bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Ümummilli Lider Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasət və bu siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün respublikamızı, sözün həqiqi mənasında, beynəlxalq aləmdə söz sahibinə çevirir və mövqelərini daha da möhkəmləndirir.