Novruz bayramınız mübarək
Məktəbimizdə 16.03.2015-ci il tarixində Novruz bayramı münasibəti ilə Azərbaycan dili müəllimləri Məmmədova Mehbarə,Aslanova Zərəngiz, Sadıqova Samirə müəllimənin təşkilatçılığı ilə 6-cı siniflər tədbir keçirdi.Tədbirdə şagirdlər Novruz adət-ənənələrindən danışdı və intellektual oyunlar nümayiş etdirdilər. Daha sonra sözu məktəbimizin Azərbaycan dili müəllimi Aslanova Zərəngiz müəllim Novruz adət ənənələrindən qısaca məlumat verdi.Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdirTəbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Axır Çərşənbə günləri qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci od, üçüncü yer, dördüncü çərşənbə küləyin köməyi ilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir.Çərşənbələrin içində ən vacibi axırıncı – Axır Çərşənbə axşamıdır. Həmin gün qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyatlardan paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. bişirilir. Süfrədə "S" hərfi ilə başlanan yeddi növ xörək olmalıdır. Süfrəyə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s., bunlardan başqa güzgü və şamlar, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir hansı ki, insanı bədnəzərdən qoruyur, güzgü aydınlıq rəmzidir. Ənənəyə görə bayramın ilk günü hamı öz evində olmalıdır. Ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də öz evlərinə qayıtmalıdırlar.YENİ HƏYAT GƏTİRƏN, QƏLBLƏRİ SEVİNDİRƏN, ƏTRAFI GÖZƏLLƏŞDİRƏN, TƏBİƏTİ OYADAN, BAYRAMLARIN ƏN SEVİLƏNİ OLAN NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN!!!