Şagirdlərimiz Olimpiada Mərkəzinin açılış konfransında iştirak etmişlər

   Təhsil Nazirliyininin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə  III  Qrant layihəsi çərçivəsində fərdi kateqoriya ilə qalib olmuş “Gələcəyin dahiləri” layihəsinin tətbiqinə  start verilib. Belə ki, 3 oktyabrda məktəbimizdə 7 və 8-ci siniflər arasında seçim turu aparılıb və 7 oktyabr tarixində seçim turunun nəticələri elan olunmuşdur. Məktəbimizdən 4 nəfər 7-ci  və 4 nəfər 8-ci sinifdən seçilərək 11 oktyabr tarixində keçirilən Olimpiada Mərkəzinin açılış konfransında iştirak etmişlər. Konfransı giriş sözü ilə açan 279 nömrəli məktəbin direktoru və layihənin rəhbəri Südabə Abdullayeva qaliblərə öz xoş sozlərini ünvanlayıb. Daha sonra qonaqlar çıxış edərək ürək sözlərini bölüşümüşdülər.  Sonda çəkilən xatirə şəkli ilə əbədiləşən tədbir iştirakçılara unudulmaz anlar yaşadıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi