“Hər birimiz bir çiçəyik” adlı tədbir keçirilib

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə bu diqqət hazırda da davam edir və uşaqlara qayğı ildən-ilə genişlənir. Bütün dünyanın diqqətində olan “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” məktəbimizdə də geniş qeyd olunmuşdur. Belə ki, ibtidai siniflərin iştirakı ilə “Hər birimiz bir çiçəyik” adlı tədbir keçirilmişdir. Tədbirdə şağirdlər müxtəlif dillərdə öyrəndikləri şeirləri söylədilər, rəqslər etdilər, mahnılar söylədilər. 3D sinfinin müəllimi Məmməd-zadə Nailiənin təşkilatçılığı ilə şagirdlər asfalt üzərində maraqlı kompozisiyalar çəkdilər, sülh və əmin-amanlıq rəmzi kimi müxtəlif rəngli şarları havaya uçurtdular. Gələcəyimiz olan körpə fidanlarımızın bayram sevincinə böyük həvəslə qoşulan müəllimlərimiz bütün dünyanın söylədiyi – “Uşaqları müdafiə edək” şüarını dəstəklədiklərini bir daha nümayiş etdirdilər.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan növbəti Uşaq festivalı təşkil olunmuşdu. Həmin tədbirdə məktəbimizin pedaqoji kollektivi və şagirdləri də iştirak etmişdir. Festival saatlarında uşaqlar Heydər Əliyev Mərkəzinin parkında quraşdırılan müxtəlif attraksionlarda, buz meydançasında əylənib, şahmat oyununda, eləcə də bir sıra idman növlərində özlərini sınadılar. Şagirdlərimiz öz arzu və xəyallarını gerçəkləşdirərək, dostları ilə birgə səmərəli asudə vaxt keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi