Nümunəvi dərslər keçirildi

  Şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə məktəbimizdə yanvar ayı fiziki tərbiyə, musiqi, təsviri incəsənət və texnologiya aylığı elan olunmuşdur. Buna görə fiziki tərbiyə müəllimi Həsənov Azər yanvarın 8-də 5b sinifində hərəkət sürətinin təkmilləsdirilməsi, texnologiya müəllimləri Məmədova  Ruhəngiz 7c sinifində elektirik çaynikinin quruluşu və iş prinsipi  və Cəfərova Güyaz ütünün quruluşu və iş prinsipi, musiqi müəllimləri Əhmədova Nəzakət 7d, Hüseynova Zemfira 6f siniflərində  numunəvi dərslər vermişdilər. Fənn müəllimləri dərsin motivasiyasını elektron lövhədə nümayiş etdirdilər və slaydlar vasitəsilə fənlərarası inteqrasiya yaratmışdılar. Dərs prosesində şagirdlər  qruplar şəklində tədqiqatlar aparıb, tapşırıqları müzakirə edib, nəticələri təqdim ediblər. Sual-cavab yolu ilə mətnin qavranılması yoxlanılıb. Sonda qrup qiymətləndirilməsi üsulundan istifadə olunub.

    Nümunəvi dərslərdə  məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi