M. Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

17.12.2018-ci il tarixində məktəbimizin riyaziyyat-informatika müəllimi Heydərova Təranənin təşkilatçılığı ilə Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Heydərova Təranə  Mehdi Hüseynzadənin həyatı və Böyük vətən müharibəsi dövründə rəşadətli ömür yolu barədə şagirdlərə ətraflı məlumat verdi. Şagirdlər də öz növbəsində Mehdi Hüseynzadənin həyat və fəaliyyəti ilə bağlı hazırladıqları təqdimatları tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Sonda ən yaxşı təqdimatlar münsüflər heyəti tərəfindən qiymətləndirildi və seçilmiş təqdimat iştirakçılarına hədiyyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi