Biologiya fənni üzrə “Bilik yarışı” keçirildi

  Fevralın 25-də  məktəbin fəaliyyət planına uyğun olaraq kimya-biologiya aylığı çərçivəsində İsmayılova Hüsniyyə və Əliyeva Mətanətin təşkilatçılığı ilə VII sinif  və rus bölməsi üzrə Aidə Ağalarovanın təşkilatçılığı ilə VII və VIII sinif arasında biologiya fənni üzrə “Bilik yarışı” keçirildi. İntellektual yarışın keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin biologiya fənni üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır. Yarışda hər sinif üzrə 1 komanda  ümumilikdə 5 komanda iştirak etdi. Yarış üç turda keçirildi. I tur slayd, növbəti iki tur biologiya fənni üzrə  suallar əsasında keçirildi. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edildi. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda I yerə 7B, II yerə 7C, III yerə 7A komandası çıxdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi