"Azadlığa gedən yol" adlı dərs keçirildi

    "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı "Tədbirlər Planı"na uyğun olaraq keçirdiyimiz növbəti tədbir məktəb-liseyin tarix müəllimi Aydın Allahverdiyevin təqdimatı ilə "Azadlığa gedən yol" adlı dərs oldu. 20 Yanvar şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra Aydın müəllim 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri haqqında geniş məlumat verdi. Həmin hadisə vaxtı özünün şahidi olduğu tarixi əhəmiyyətli hadisələrdən danışan Aydın müəllim xalqımızın azadlıq yolunda şəhid olan, yaralanan övladlarını unutmadığını, unutmayacağını qeyd edərək, bunun bizim şərəf tariximiz olduğunu söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi