"Peşəkarlıq yolunda"layihə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31/10/2022-ci il tarixli F-360 nömrəli əmrilə "Peşəkarlıq yolunda"layihəsinin 1.2 bəndinin həyata keçirilməsi ilə bağlı görüş təşkil edilmişdir. Məktəbin müxtəlif peşəyə malik məzunlarının iştirakı ilə keçirilən bu tədbir şagirdlərin marağına səbəb olmuş, onların peşə seçiminə yönəldilməsi istiqamətində maariflənməsi üçün böyük əhəmiyyət kəsb etmişdir. Tədbirdə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və şagirdlər iştirak etmişlər.