Şagirdlərimiz ekskursiyaya gediblər

Asudə vaxtın səmərəli təşkili məqsədi ilə 6 ç və 7 ç sinif şagirdləri sinif rəhbərlərilə birlikdə "Azərbaycan milli xalça muzeyi", "Azərbaycan istiqlal müzeyi"nə ekskursiya ediblər. Məktəbin müəllimləri Lamiyə Alməmmədova və Tamilla Abdullayevanın rəhbərliyi ilə baş tutmuş bu ekskursiyanın təşkil edilməsində əsas məqsəd şagirdlərdə dünyagörüşünün formalaşmasına, onlarda milli, mədəni abidələrimizə qayğı hissinin aşılanmasına nail olmaq və irsimizi, tarixi keçmişimizi, milli mənsubiyyətimizi özündə əks etdirən bu cür muzeylərin eksponatları ilə yaxından tanış etməkdir.
Ekskursiya zamanı şagirdlər tariximiz haqqında faktları maraqla dinləyiblər. Ekskursiya şagirdlərin yaddaşında gözəl təəssüratlarla qalıb.