ÜMUMMİLLİ LİDERİMİZİ HÖRMƏTLƏ ANIRIQ!!!

İllər ötüb keçsə də müasir Azərbaycan dövlətinin qurucusu, dahi insan Heydər Əliyev şəxsiyyətinin əzəməti daha möhtəşəm görünür və onun dühası daha dərindən dərk olunur, ziyası ilə gələcəyimizi işıqlandırır. Bu işığın ziyası altında ölkəmiz günü-gündən gözəlləşir, inkişaf edir. Xalqımız öz böyük oğlunun xilaskarlıq, quruculuq missiyasını unutmur və onun xatirəsini tükənməz məhəbbət və ehtiramla daim yad edir.
Bu gün məktəb rəhbərliyinin şagirdlərlə keçirdiyi tədbir də Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad olunmasına həsr olunmuşdur. Tədbirdə çıxış edən məktəbin direktoru Yasin Quliyev dahi liderin həyatı, zəngin siyasi fəaliyyəti ilə bağlı şagirdlərlə söhbət aparmış və onun siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daim inkişaf etməsi, yeni-yeni uğurlara imza atması ilə bağlı fikirlər səsləndirmişdir. Tədbir dahi şəxsiyyətin haqqında hazırlanan videoçarxın nümayişi ilə başa çatmışdır.