"Açıq dərs" keçirilib

Məktəbdə 01/12/2022-ci il tarixində riyaziyyat fənn aylığı çərçivəsində 6 d sinfində "Açıq dərs" keçirilib. "Açıq dərs" riyaziyyat müəllimi Adilova Vüsalə tərəfindən təşkil olunmuşdur.
Mövzu : "Faiz"
Dərsi dinləmədə məktəbin direktoru Yasin Quliyev və direktor müavini Zərifə Cəfərova iştirak ediblər.
Yeni təlim metodlarının tətbiqi ilə keçirilən dərsin əsas aktiv hissəsi şagirdlərin qrup işinin təqdimatı oldu.
Dərsin məqsədi şagirdlərə faiz anlayışı haqqında geniş məlumat vermək, gündəlik həyatda faizdən istifadə etməyi öyrətmək, onlarda riyaziyyat fənninə maraq oyatmaq və onun başqa fənlərlə- xüsusilə, biologiya, fizika, informatika fənləri ilə əlaqəsini yaradaraq digər fənlərə qarşı da dünyagörüşünün formalaşdırılması idi. Mövzu üzrə şagirdlərlə geniş müzakirələr aparıldı. Müəllim həm dərsin gedişi zamanı, həm də dərsin sonunda şagirdlərin biliklərini qiymətləndirdi. Dərs bitdikdən sonra nəticələr ümumiləşdirilib, nəticələr təhlil edilib.