Əhməd Cavadın 130 illiyinə həsr olunmuş "Dəyirmi masa" keçirilib

Azərbaycan Respublikası Prezidentinin "Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında" 20 aprel 2022-ci il tarixli 3222 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə ilə Azərbaycan Respublikası Elm və Təhsil Naziri tərəfindən 05.08.2022-ci il tarixli, F-474 nömrəli əmrinə əsasən təsdiq edilmiş "Tədbirlər planı"na uyğun olaraq 30.11.2022- ci il məktəbin dil-ədəbiyyat müəllimi Alməmmədova Lamiyənin təşkilatçılığı və 9 c, 7 ç, 7 e sinif şagirdlərinin iştirakı ilə Əhməd Cavadın 130 illiyinə həsr olunmuş "Dəyirmi masa" keçirilmişdir. Şagirdlər görkəmli şairimiz Əhməd Cavadın həyat və yaradıcılığı ilə bağlı maraqlı məlumatlarla çıxış etmiş, onun məhrumiyyətlərlə dolu şəxsi taleyi ilə bağlı müəllimin fikirlərini dinləmişlər. Maraqlı diskussiya şəklində baş tutmuş bu tədbirin keçirilməsində əsas məqsəd Əhməd Cavad dühası ilə şagirdlərin biliyinin zənginləşdirilməsi və şagirdlərin elmi dünyagörüşünün formalaşmasında onun əsərlərinin əhəmiyyətini aşılamaq olmuşdur.