"ZƏFƏR" MƏKTƏBLİLƏRARASI  l TARİX OLİMPİADASI KEÇİRİLİB

     26 noyabr 2022-ci il tarixində məktəbdə Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31.10.2022-ci il tarixli F-362 nömrəli əmri  əsasında “Zəfər” məktəblilərarası I tarix olimpiadasının məktəbdaxili turu keçirilib.
     Məktəbin direktoru Yasin Quliyevin nəzarəti ilə keçirilən olimpiadanın məktəb mərhələsində şagirdlər 1 saat vaxt ərzində 25 sualdan ibarət test tapşırığını cavablandırdılar. Bundan qabaq isə, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova şagirdləri qaydalarla tanış etdi. Qaydalara görə, 1 səhv cavab 0,25 düz cavabın silinməsinə səbəb olur və bununla da səhv cavab sayının düz cavablara təsir etdiyi olimpiadada iştirak edən şagirdlərin nəzərinə çatdırılmışdır.
     Olimpiada VIII-X sinif şagirdləri arasında təşkil olunmuşdur. I mərhələdən uğurla keçən şagirdlər şəhər turunda iştirak etmək hüququ qazanacaqlar.
     Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.
      İlk "Zəfər" tarix olimpiadası bütün məktəblilər üçün uğurlu və Zəfərimiz isə, daimi olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi