"Erkən nigah və qohumlar arasında nigah hallarının qarşısının alınması"

"Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025 -ci illər üçün Fəaliyyət Planı"nın 5.3.10 bəndinə əsasən erkən nigah və qohumlar arasında nigah hallarının qarşısının alınması ilə bağlı məktəbin biologiya müəllimi 8 a sinfində maarifləndirici dərs keçmişdir. Erkən nigahlar, eləcə də qohumlar arasında olan nigah halları və onların yaratdığı müxtəlif xəstəliklər, zərərlər barədə maraqlı diskussiya təşkil olundu. Şagirdlər mövzu ilə bağlı geniş məlumatlar əldə etdilər.