7 C SİNFİ EKSKURSİYAYA GEDİBLƏR

Payız tətili müddətində asudə vaxtın səmərəli təşkili məqsədi ilə 7 c sinif şagirdləri sinif rəhbərləri Aliyə Abdullayeva ilə birlikdə "Xalça müzeyi", "Miniatür kitab müzeyi", “Şirvanşahlar Saray Kompleksi”nə və "Qız Qalası"na ekskursiya ediblər.
Ekskursiya zamanı şagirdlər Qız Qalası, Şirvanşahlar sarayının tarixi, xalça muzeyində sərgilənən milli ornamentlərlə zəngin qədim xalçalar, miniatür kitab evinin maraqlı eksponatları ilə yaxından tanış olublar. Şagirdlər tarixi abidələr haqqında faktları maraqla dinləyiblər. Ekskursiya şagirdlərin yaddaşında gözəl təəssüratlarla qalıb.