VI və IX siniflər üzrə monitorinq keçirilib

24 noyabr 2022-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil müəssisələrində VI və IX siniflər üzrə l monitorinq keçirilib.
Monitorinqin keçirilməsində əsas məqsəd 6-cı siniflərin mövcud vəziyyətini, 9-cu siniflərin isə 5-6-cı sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdir.
Monitorinq zamanı şagirdlər Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri üzrə açıq və qapalı sualları 150 dəqiqə vaxt ərzində cavablandırıblar. Monitorinq məktəb rəhbərliyinin nəzarət ilə keçirilib.