"Milli Dirçəliş Günü" münasibəti ilə sinif təşkilat saatları keçirilib

    Xalqımızın tarixinə Milli Dirçəliş Günü kimi daxil olan 17 noyabr günü hər il əlamətdar gün kimi qeyd olunur. Bu münasibətlə məktəbdə sinif təşkilat saatları keçirilib. Sinif rəhbərləri günün özəlliyi ilə bağlı şagirdlərə məlumat veriblər.
    Məktəbin tarix müəllimi Vüsalə Ağayevanın rəhbərliyi ilə 5 ç sinfində keçirilmiş təşkilat saatı da millətimizin yaddaşında  xüsusi günlərdən biri kimi qalan bu əlamətdar günə həsr olunmuşdur.
    Təşkilat saatında şagirdlər gözəl təqdimatlarla çıxış etmiş, şeirlər səsləndirmişlər.
     17 noyabr Milli Dirçəliş Günü ilə bağlı bütün siniflərdə sinif təşkilat saatlarının keçirilməsində məqsəd Azərbaycanda Milli Azadlıq Hərəkatı tarixinin xatırlanması və yaddaşlarda möhkəmləndirilməsi, şagirdlərə milli mənlik şüurunun, mənsub olduğu xalqın çox qədim kökə malik olmasını təbliğ etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi