Uşaq hüquqları ilə bağlı seminar keçirilib

       Paytaxt məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.
       20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, “Dəyirmi masa”, seminar, müsabiqə və sərgilər təşkil olunur.
     “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir. Bununla əlaqədar olaraq məktəbdə "Uşaq hüquqları aylığı" çərçivəsində seminar keçirilmişdir. Məktəb psixoloqu İmaməliyeva Turanə uşaq hüquqlarının qorunması ilə bağlı şagirdlərlə diskussiya təşkil etmişdir. Seminarda  məktəb rəhbərliyi və müəllimlər iştirak etmişlər.
       Məktəbin direktoru Yasin Quliyev çıxış edərək uşaqların təhsil, yaşamaq, istirahət və s. hüquqları ilə bağlı geniş məlumat vermiş, onlara bu və digər hüquqlarından düzgün və səmərəli istifadə etməyi tövsiyyə etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi