"Zəfər sənindir Azərbaycan əsgəri"

Noyabrın 5-i 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli əmrinin I bəndinə əsasən "Zəfər sənindir Azərbaycan əsgəri" adlı tədbir təşkil olundu.
Tədbirdə Sabunçu rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Elnarə Məmmədova, Şəhid ailələri, qazilər və məktəbin müəllim, şagird kollektivi iştirak edirdi. Məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Seyidbalayeva Şəhlanın hazırladığı bu möhtəşəm tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə başladı və daha sonra əziz Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Ardınca şagirdlərin hazırladıqları səhnəcik, ədəbi-bədii kompozisiyalar, şeirlər, mahnılar, sərgilər nümayiş olundu.
Tədbirə dəvət olunmuş qonaqlara söz verildi və onlar da öz növbəsində ürək sözlərini çatdıraraq dəvət üçün təşəkkürlərini bildirdilər.
Sonda çıxış edən məktəbin direktoru Yasin Quliyev bütün tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək Zəfər bayramının tarixindən, bu möhtəşəm qələbənin yetişməsi və uğurlu finalı üçün dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü müdrik daxili və xarici siyasətdən söz açdı. Torpaqlarımızın bütövlüyü və qorunması naminə şagirdlərimizə elmli-bilikli olmalarını, vətənpərvər ruhda böyümələrini tövsiyyə etdi.