"Zəfər parkı" salınıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Zəfər Bayramı" münasibətilə tabeliyində olan ümumtəhsil məktəblərində layihə keçirmişdir. Bu layihənin yerinə yetirilməsi ilə bağlı olaraq 05.11.2022-ci il tarixdə məktəbin həyətyanı sahəsində ayrılmış yerdə 44 ağac əkilərək "Zəfər parkı" salınmışdır. Həmişəyaşıl ağaclar əkildikdən sonra hər ağacın üzərinə Vətən müharibəsində Şəhid olmuş qəhrəman övladlarımızın şəkilləri olan lövhələr asılmışdır. Məktəbin Şəhid məzunlarının valideynləri də məktəbə dəvət olunaraq bu layihəyə cəlb edilmişlər və onların hər biri öz övladlarının adına ağac əkmişlər. Məktəbin direktoru Yasin Quliyev hər bir Şəhid ailəsinə qayğı ilə yanaşaraq ağacların əkilməsində onlara yardımçı olmuşdur və təsəlli vermişdir. Eləcə də digər Şəhidlərimizin adına da ağacların əkilməsində müəllim və şagirdlər iştirak etmişlər.