"Zəfərfest" rəsm sərgisi

       Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin  Zəfər Gününə həsr olunmuş "Qarabağ Azərbaycandır" mövzusunda təşkil etdiyi  "Zəfərfest" rəsm sərgisində  məktəbimizin müəllimi Nadir Məhyəddinov və məktəbdə fəaliyyət göstərən rəsm dərnəyinin müxtəlif yaş qrupuna malik şagirdləri iştirak etmişlər. Şagirdlərimiz mövzu ilə bağlı maraqlı rəsm nümunələrini  nümayiş etdirmişlər.
       Şagirdlərin vətənpərvərlik ruhunda inkişafı ilə bağlı silsilə tədbirlər keçirərək onlarda bu ruhu aşılamağa çalışan Sabunçu rayonu İcra Hakimiyyəti və Sabunçu rayonu Gənclər və İdman İdarəsinə göstərdikləri dəstəyə görə dərin minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi