Dəyirmi masa keçirilib

Oktyabrın 31-i 2022-ci il tarixdə 74 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 307 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının "İdeoloji maarifləndirmə işinin aparılmasına dair" 25 fevral 2022-ci il tarixli 55 nömrəli Sərəncamı ilə yaradılmış təbliğat qruplarının ideoloji maarifləndirmə işləri ilə əlaqədar "Yetkinlik yaşına çatmayan qızların, oğlanların təhsildən yayınması" mövzusunda dəyirmi masa təşkil olundu.
Dəyirmi masada 4, 71, 74, 113, 142, 155, 192, 293, 307 nömrəli tam orta məktəblərin direktorları, məktəb rəhbərliyi nümayəndələri, psixoloq, müəllimlər, valideynlər iştirak ediblər.
Dəyirmi masada çıxış edən məktəb direktorları, psixoloq, müəllimlər və valideynlər məsələyə münasibət bildirmişlər. Sonda bu məsələnin həlli üçün müəyyən məsləhətlər verilmişdir.