"Zəfər tarixi" konfransı keçirilib

       Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində 2022-ci il aprel ayından başlayaraq "Zəfər tarixi" konfransı keçirilir.
       İki mərhələdən ibarət bu tədbirin sonuncu mərhələsində məktəbin tarix müəllimlərinin iştirakı ilə interaktiv konfrans təşkil olunmuşdur. Konfransda məktəbdə "Zəfər tarixi" fənninin tədrisi, şagirdlərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərin davamlılığı ilə bağlı tarix müəllimlərinin çıxışları dinlənilmiş, müzakirələr aparılmışdır. Hər iki tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişlər.
       Sonda məktəbin direktoru Yasin Quliyev çıxış etmiş, Zəfər tariximiz və bu tarixin şanlı səhifəsi olan misilsiz qələbəmiz, qələbə sevincini bütün xalqımıza, millətimizə yaşadan, and yerimiz, qürur mənbəyimiz müqəddəs Şəhidlərimiz, qəhrəmanlıq salnaməsi yazan igid Azərbaycan oğulları haqqında nitq söyləmiş, şagirdlərimizi bu şərəfli tarixi daim uca tutmaq və gələn nəsillərə ötürmək üçün dərindən öyrənməyi tövsiyyə etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi