"Təbiəti qoruyanlar"

       Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18/04/2022-ci il tarixli F- 138 nömrəli əmrinə əsasən "Təbiəti qoruyanlar" layihəsinin 11.1 bəndini nəzərə alaraq məktəbin ibtidai sinif müəllimləri - Qocayeva Zülfiyyə və Salahova Rəna aktyorluq bacarığı və səhnə mədəniyyətinə malik istedadlı 2 d və 3 a sinif şagirdlərinin iştirakı ilə tamaşa hazırlamışlar. Şagirdlərin ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, təbii sərvətlərin qorunması, onlardan səmərəli istifadə edilməsi ilə bağlı keçirilən bu tədbir çox böyük maraqla qarşılanmışdır.
       Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak etmişlər.
       Sonda məktəbin direktoru Yasin Quliyev çıxış edərək balacalara uğurlar arzulamış,şagirdləri dövrün qlobal problemlərindən olan ətraf mühit və ekologiyanın qorunmasına daim dəstək olmağa çağırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi