FƏNN OLİMPİADASININ MƏKTƏBDAXİLİ MƏRHƏLƏSİ

29 oktyabr 2022-ci il tarixində VIII-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, Kimya, Biologiya, Fizika, Coğrafiya, Tarix, İnformatika fənləri üzrə Respublika Fənn Olimpiadasının məktəbdaxili mərhələsi keçirilib.
Olimpiadanın məktəbdaxili mərhələsinin keçirilməsində məqsəd xüsusi istedadı olan şagirdləri aşkarlamaq, onların olimpiadanın növbəti turunda iştirakını təmin etmək, şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək, şagirdlərin həmin fənlərə olan marağını artırmaqdan ibarətdir.