"Dəyirmi masa" keçirilib

       Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08/09/2022-ci il tarixli F-191 nömrəli əmrinin "Təhsil müəssisələrində Anım Günü və Zəfər Günü ilə bağlı konfransların, seminarların, mühazirələrin, "dəyirmi masa"ların, vebinarların, ədəbi -bədii kompozisiyaların, foto və rəsm sərgilərinin təşkili"bəndinin yerinə yetirilməsi ilə bağlı məktəbin tarix müəllimi Quliyeva Gülnaz 9 f sinfində "dəyirmi masa" keçirmişdir.
       Tədbirin əvvəlində Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
       Şagirdlər "dəyirmi masa"da Vətən müharibəsi Şəhidləri, eləcə də bu müharibədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, onların keçdiyi döyüş yolu haqqında maraqlı məlumatlarla çıxış etmişlər. Vətən müharibəsində şücaət göstərmiş Şəhidlərin həyat və mübarizə yolunu əks etdirən videoslaydlar nümayiş etdirilmişdir. Tədbirdə şagirdlərlə sinifdən xaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Seyidbalayeva Şəhla da iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi