Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri ilə bağlı profilaktik söhbət

       20 oktyabr 2022-ci il tarixində məktəb psixoloqu İmaməliyeva Turanə məktəbin altıncı siniflərində oxuyan şagirdlərin valideynləri ilə  profilaktik söhbət aparıb. Şagirdlərin yaş dövrünün tələb və imkanları nəzərə alınmaqla onların psixoloji inkişafı, bu zaman yaranan neqativ hallar və bu halların aradan qaldırılması söhbətin əsas mövzusu olub. Mövzu ilə bağlı müzakirələr zamanı valideynlərlə fikir mübadiləsi aparılıb, şagirdlərin müəyyən yaş dövrlərində onlara dəstək olmaq, bu dövrdə yarana biləcək problemlərin həlli yollarının araşdırılaraq düzgün yol göstərilməsi ilə bağlı valideynlərə tövsiyyələr verilib.
    Tədbirdə məktəb rəhbərliyi, məktəb həkimi və psixoloqu da iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi