Müstəqilliyinin Bərpası Günü ilə bağlı məktəbdə nümunəvi dərs keçirilmişdir

18 Oktyabr Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü ilə bağlı məktəbin tarix müəllimi Vüsalə Ağayeva 5 ç sinfində bu mövzuda dərs keçmişdir.
31 il əvvəl oktyabrın 18-də Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə bağlı şagirdlərlə maraqlı diskussiya təşkil olunmuş, şagirdlər hazırladıqları gözəl təqdimatlarla çıxış etmişlər. Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətləri, onun Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkənin bütün çətinliklərdən xilas olması barədə tarixi faktlar dərsin əsas motivlərindən olmuşdur. Diskussiya müstəqilliyimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənməsi və onun əbədiliyinin təmin edilməsi haqqında şagirdlərin yazdıqları esselərin qiymətləndirilməsi ilə başa çatmışdır.