ŞƏHİDLƏRİ DƏRİN HÖRMƏTLƏ ANIRIQ!

2022/2023-cü tədris ili üzrə məktəbin illik fəaliyyət planının 1.5.8-ci bəndinə əsasən Vətən müharibəsi Şəhidlərinin xatirəsinin yad edilməsi və 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün Şəhidlərimizə dərin ehtiram əlaməti olaraq məktəbimizdə silsilə tədbirlər keçirilir.Belə tədbirlərdən biri də bu gün şəhadətinin ikinci ildönümü tamam olan Şəhid Saleh Əliyevin məzarının məktəbin direktoru Yasin Quliyevin rəhbərliyi ilə müəllim və şagird heyəti tərəfindən ziyarət edilməsi oldu.
Şagirdlər Şəhidin məzarı önündə şeirlər, şüarlar səsləndiriblər.
Məktəbimizin məzun Şəhidlərindən olan Saleh Əliyev 1992-ci il 18 avqustda anadan olmuşdur. Səfərbərliklə döyüşə qatılan Saleh Əliyev Azərbaycan Ordusunun əsgəri kimi 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçərək 15 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Döyüşdə göstərdiyi şücaət və qəhrəmanlığa görə Saleh Əliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda "medalı, 25.12.2020-ci il tarixli sərəncamı ilə " Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Bu gün onun anım günü dərin ehtiramla qeyd edilmişdir.