27 sentyabr - Anım Günü münasibətilə Şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər Təhsil İdarəsinin 22.09.2022-ci il tarixli F-300 nömrəli əmrinə əsasən, məktəbimizdə silsilə tədbirlər keçirilib. 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda başlayan Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşərək göstərdikləri şücaətlərə görə tarix yazan, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən və Şəhid olan əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü əfərəsində məktəbin həyətyanı sahəsində ağacəkmə aksiyası təşkil olunub.
Şəhidlərimizin əziz xatirəsinin yad olunması üçün təşkil olunmuş bu aksiyada müxtəliv növ ağaclar əkilib.
Ruhunuz qarşında baş əyirik !