ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ SƏRGİ

26 sentyabr 2022-ci il tarixində məktəbdə Anım Gününə həsr olunan rəsm sərgisi təşkil olunub. Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə keçirilən sərgidə şagirdlərin əl işləri nümayiş etdirilib. Rəsmlərdə Vətən Müharibəsi qəhrəmanlarının müxtəlif səpgidə rəsmləri, eləcə də Şəhidlərin həyat və döyüş yolunu əks etdirən əsərlər yer alıb.
Nur içində yatan əziz Şəhidlərimizin xatirəsi hər zaman qəlblərimizdə yaşayacaq.