15 SENTYABR – “BİLİK GÜNÜ"

       15.09.2022-ci il tarixində 71nömrəli tam orta məktəb yenidən öz şagirdlərini qarşılayıb.    
12-13 sentyabr tarixlərində Erməni silahlı qüvvələrinin torpaqlarımıza yenidən genişmiqyaslı hücumları nəticəsində Şəhidlər verdiyimizə görə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin göstərişinə əsasən “Bilik Günü” təntənəli şəkildə qeyd olunmadı və ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu.
   Dövlət himnimizin səsləndirilməsindən sonra Vətən Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru  Yasin Quliyev pedaqoji heyəti, şagirdləri və müəllimləri yeni dərs ili münasibəti ilə təbrik etdi. Daha sonra nitqini davam edən məktəb direktoru qeyd etdi ki, düşmən silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub. Bildirib ki, Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, yaralılarımıza Allahdan şəfa diləyirik! Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daima qəlblərdə yaşayacağını, onların göstərdiyi fədakarlıqların, qəhrəmanlıqların heç zaman unudulmayacağını qeyd edib. Bundan sonra bütün şagirdlər əllərində qərənfillərlə Şəhid məzunlarımızın məktəbin həyətində ucaldılmış xatirə kompleksinin qarşısından ehtiramla keçib onları yad edərək siniflərə daxil olmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi