PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLİB

      13 sentyabr 2022 - ci il tarixində məktəbdə Pedoqoji Şura iclası keçirilib. İclasda direktor Yasin Quliyev məktəbin keçən tədris ilindəki uğurlarından və çatışmazlıqlardan söz açmışdır. Eləcə də direktor bu problemlərin həlli yolları ilə bağlı fikirlərini bildirmiş və  pedoqoji kollektivə yeni dərs ilində uğurlar arzulamış, həm də məktəbimizə yeni təyin olunmuş müəllimləri təbrik edərək onlara da yeni-yeni nailiyyətlər diləmişdir. Daha sonra iclas iştirakçıları Pedoqoji Şuranın gündəliyi ilə tanış edilib. İclasın gündəliyində vacib məsələlər müzakirə edilmiş, məktəbin keçən ilki nəticələri, yeni dərs ilində hədəflərimiz, yay tapşırıqları verilmiş şagirdlərin sinifdən-sinifə keçirilməsi və ya sinifdə qalmasının təsdiqi, zəng cədvəlinin, sinif rəhbərlərinin, metodbirləşmə rəhbərlərinin və dərs bölgüsünün, dərs cədvəlinin təsdiqi, təhsil sistemində islahatlarla əlaqədar tərbiyə- təhsil sisteminin yaxşılaşdırılması sahəsində yeni dərs ilində kollektivin qarşısında duran vəzifələr, digər cari məsələlər müzakirə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi