11 A SİNFİNİN UĞURU

Məktəbimizin 11 A sinfini bitirən bütün məzunlar ölkənin müxtəlif ali məktəblərinə daxil olublar. Sinfin 17 məzunu 2021-2022-ci tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıblar. Bu sinif üzrə qəbul imtahanlarında iştirak etmiş şagirdlərdən 1 nəfəri 600-dən, 4 nəfəri 500-dən, 5 nəfəri 400-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişlər.
11 A sinfinin sinif rəhbəri Susanna Abduləzimovanı və şagirdlərini əldə etdikləri uğur münasibətilə təbrik edirik. İnanırıq ki, uğurları ilə hər zaman müəllimlərinin rəğbətini qazanan bu məzunlarımız, yeni və daha böyük nailiyyətlərlə bundan sonra da bizləri sevindirəcəklər.
Həmçinin tələbə adına layiq görülmüş bütün məzunlarımızı səmimi qəlbdən təbrik edir, yeni həyatlarında daim uğurlar arzu edirik.