Vətən müharibəsi şəhidi Əliyev Saleh Namiq oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib

       18 avqust 2022-ci il tarixdə Həzi Aslanov adına Mərkəzi Zabitlər evində Vətən müharibəsi şəhidi Əliyev Saleh Namiq oğlunun doğum günü münasibətilə anım mərasimi keçirildi. Vətən müharibəsi zamanı-oktyabr ayının 15-də, 28 yaşında Şəhidlik məqamına ucalan Saleh Əliyevin anım tədbirində Şəhidin ailə üzvləri, Zabrat qəsəbəsindən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, millət vəkili Aydın Mirzəzadə Zabitlər Evinin əməkdaşları, Sabunçu rayonu İcra Hakimiyyətinin nümayəndələri, Şəhidin oxuduğu 71 saylı məktəbin direktoru başda olmaqla, direktor müavini, müəllimlər, eləcə də jurnalistlər iştirak etmişlər.
       Əslən Füzulili olan, 1992-ci ilin avqust ayının 18-də sadə bir ailədə dünyaya gələn və İkinci Vətən Müharibəsi zamanı-oktyabr ayının 15-də, 28 yaşında Şəhidlik məqamına ucalan Saleh Əliyevə həsr olunmuş bu tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Şəhidin həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra çıxışlar edilib.
Çıxışlarda Şəhdin qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs edilib, igidliyindən, qəhrəmanlığından danışılıb.
       Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb, Zabitlər Evinin əməkdaşları tərəfindən Vətənə, Şəhidlərə həs olunmuş mahnılar ifa edilib.
        Tədbirdə 71 nömrəli tam orta məktəbin direktoru Yasın Quliyevə də söz verilmiş və o, Şəhid Saleh Əliyev və onun timsalında bütün Şəhidlərimizin qəhrəmanlığı, şücaəti haqqında dolğun və məzmunlu çıxış etmiş,eləcə də bu cür qəhrəman oğullarımızın canı,qanı hesabına əldə edilmiş torpaqlarımızın Ali Baş Komandan, prezident İlham Əliyevin peşəkar fəaliyyəti, uzaqgörən siyasəti sayəsiində daha da çiçəklənəcəyini, ölkəmizin inkişaf edərək ən qabaqcıl ölkələr sırasında olacağını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir.
       Bir saatdan çox davam edən tədbirdən sonra Şəhidin Zabrat qəbirstanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.
       Saleh Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
       Allah bütün Şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi