MƏZUNLARA FƏRQLƏNMƏ ATTESTATLARI TƏQDİM EDİLDİ

Bu il məktəbimizi əla qiymətlərlə bitirən lX və Xl sinif şagirdlərinə Təhsil nazirinin 08.06.2017-ci il tarixli 129 nömrəli əmri ilə təsdiq edilən “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası” əsasında tənzimlənən və Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 2.3-cü və 2.4-cü bəndlərinə uyğun hazırlanan fərqlənmə attestatları təqdim olundu. Attestatları məktəbin direktoru Yasin Quliyev təntənəli surətdə məzunlara təqdim edərək onlara ən xoş arzularını bildirdi və gələcək yollarında uğurlar, nailiyyətlər dilədi.