XI SİNİF ŞAGİRDLƏRİNƏ ATTESTATLAR TƏQDİM OLUNUB

Tam orta təhsil ümumi orta məktəb təhsilinin sonuncu pilləsi olaraq onuncu-on birinci sinifləri əhatə edir və bu pillədə təhsil alanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticəsinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd - attestat verilir. Tam orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.
Məktəbin XI sinfini bitirən məzunlarına tam orta təhsil haqqında attestatları təqdim edən məktəbin direktoru Yasin Quliyev məzunları tam orta təhsili bitirməkləri münasibəti ilə bir daha təbrik edib, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası” əsasında təntənəli surətdə məzunlara təqdim olunub. Sonda məktəb rəhbərliyi, sinif rəhbərləri və məzunlarla xatirə şəkilləri çəkilib.