"Yay məktəbi"ndə dərslər başa çatmışdır

16-30 iyun tarixlərində məktəbdə təşkil olunmuş "Yay məktəbi" layihəsinin son günü də səmərəli şəkildə keçirilib. Dərslərə həvəslə qatılan şagirdlər həm əyləndilər, həm də öyrəndilər. “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsindən ibarət olub. Son dərs günündə təəssüratlarını bölüşən şagirdlərimiz əyləncəli şəkildə keçirilən dərslərdən çox razı qaldıqlarını bildiriblər və dərslərə böyük həvəslə qatıldıqlarını, onlar üçün maraqlı olduğunu qeyd ediblər.
Məktəbin rəhbər və müəllim heyəti şagirdlərə gözəl yay istirahəti arzulayaraq yola salmışlar.