PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLİB

23 iyun tarixində 2021-2022-ci tədris ilinin başa çatması ilə bağlı Pedaqoji Şuranın iclası keçirilib. İclası açıq elan edən məktəb direktoru Yasin Quliyev tədris ili ərzində görülən işləri, qarşıda duran məsələləri pedoqoji kollektivin nəzərinə çatdırıb. İllik hesabat, ll Yarımilin və BSQ-lərin nəticələrinin, sinifdə qalan, yay-tədris tapşırığı verilənlər, həmçinin I-IV siniflərdə aparılmış monitorinqlərin (oxu texnikası və riyazi bacarıqların yoxlanılması) təhlili və müzakirəsi aparılıb.
Yekun iclasda ötən dərs ilinin yekunları, şagirdlərin sinifdən-sinfə keçirilməsi və digər cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.