"Yay məktəbi"

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.06.2022-ci il tarixli F-331 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.06.2022-ci il tarixli F-219 nömrəli əmrinə əsasən 71 nömrəli tam orta məktəbdə könüllülük prinsipi əsasında 36 sinifdən 58 şagirdin cəlb olunduğu Yay məktəbi çərçivəsində dərslərə 16.06.2022-ci il tarixdən start verilib. İbtidai təhsil pilləsində dərslər həftədə 5 dəfə olmaqla, 3 fənn üzrə -ana dili, riyaziyyat və ingilis dili fənləri daxil edilməklə cədvəlləşdirilib. Yuxarı sinif pilləsində dərslər isə həftədə 5 dəfə, ana dili, ədəbiyyat, riyaziyyat, ingilis dili, tarix, fizika, Həyat Bilgisi, və kimya dərsləri daxil edilməklə gündəlik 4 saatı aşmamaq şərti ilə cədvəlləşdirilib. Dərslərin mövzuları və formatı şagirdlərdə tədqiqatçılıq, yaradıcılıq, innovativlik, liderlik xüsusiyyətlərini və bacarıqlarını formalaşdırmağa xidmət edəcək şəkildə müəyyənləşdirilmişdir. Müəllimlər gündəlik keçdikləri dərslərdə bunları mütləq nəzərə alaraq şagirdlərin maraq dairəsinə uyğun proqram hazırlamışdır.