"Şəhid Rahim Quliyev"

         İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda canından keçmiş Şəhid Rahim Yalçın oğlu Quliyev 18 iyun 2001- ci ildə Cəlilabad rayonunun Həziabad kəndində anadan olmuşdur. Onun doğum günündə təhsil aldığı 71 saylı tam orta məktəbin şəhidin adını daşıyan 2 c sinif şagirdləri müəllim və valideynləri ilə birlikdə Şəhidin yaşadığı evini ziyarət etdilər. Şagirdlər qəhrəman Şəhidimizin qısa və mənalı həyat yolundan bəhs edən şəkillərə, orden və medallarına, şəxsi əşyalarına qürurla tamaşa etdilər, valideynlərinin dilindən Rahim Quliyevin uşaqlıq və gənclik illərinin maraqlı anları haqqında söhbəti dinlədilər.
Allah bütün Şəhidlərə rəhmət etsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi