“Son zəng” tədbiri keçirilib

     İyunun 14-də məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə məktəbimizin direktoru Yasin Quliyev, İcra Hakimiyyətinin nümayəndəsi, direktor müavinləri, müəllim heyəti və şagirdlər iştirak edib. Məktəb həyətində keçirilən “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kiçikyaşlı məktəbli şagirdlərimizin gözəl rəqs ifasını 11-ci sinif məzunları bir-birindən maraqlı nömrələrlə davam etdirdi. Daha sonra şagirdlərin ifasında məktəb illəri ilə bağlı unudulmaz xatirələri əks etdirən şeirlər, mahnılar səsləndirildi.
       İbtidai sinif müəllimləri,sinif rəhbərləri,hər bir fənn müəllimləri, eləcə də valideynlər 11-cilərə ürək sözlərini söyləyib, uğurlu yol arzuladılar.
Direktor müavinləri, məktəbin təşkilatçısı çıxış edərək məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzuladılar.
Elmin simvolu olan "Bilik açarı"nümunəvi 10 -cu sinif şagirdinə təqdim olundu. Onbirincilər üçün sonuncu dəfə son zəng çalındı.
       Sonda məktəbin direktoru Yasin Quliyev çıxış edərək, məzunlara  öz səmimi arzularını çatdırmış,  onlara olan etimadı hər zaman doğrultmağı tövsiyyə etmişdir və  2021-2022-ci tədris ilində məktəbin ümumi orta və tam orta təhsil pilləsini "əla" qiymətlə başa vurduqdarına və DİM-in buraxılış imtahanında yüksək nəticə əldə etdiklərinə görə bir qrup məzun direktor tərəfindən təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi