"İnsan hüquqlarının müdafiəsi aylığı"

11/06/2022-ci il tarixdə məktəbin tarix müəllimi Vüsalə Ağayevanın rəhbərliyi ilə "İnsan hüquqları müdafiəsi aylığı" çərçivəsində 9 ə sinif şagirdlərinin iştirakı ilə "Dəyirmi masa" keçirilmişdir. Fənn müəllimi olaraq Ağayeva Vüsalə mövzu haqqında şagirdlərə məlumat vermiş, məsələnin aktuallığından və önəmindən danışmışdır. Uşaq hüquqlarının öyrənilməsinin və qorunmasının vacib olduğu vurğulanmışdır. Daha sonra isə, şagirdlər mövzuyla bağlı hazırladıqları slayd, video çarxları və divar qəzetini təqdim etmiş, araşdırmalarını nümayiş etdirmişlər. Tədbirdə iştirak edən digər tarix müəllimlərinin şagirdlərə ünvanladığı "Uşaq hüquqları haqqında" suallar və bu suallar ətrafında geniş müzakirə şagirdlərin böyük marağına səbəb olmuşdur.