2021-2022-ci tədris ilinin II yarımili üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) keçirilir

      2021-2022-ci tədris ili üçün Fəaliyyət Planının 1.2.30 bəndinin yerinə yetirilməsi ilə əlaqədar olaraq ll yarımil üzrə şagird nailiyyətlərinin üzə çıxarılması, onların bilik və bacarıqlarının yoxlanılması məqsədilə BSQ keçirilir.
      BSQ lV, lX, Xl siniflərdə bütün fənlərdən, V-Vlll siniflərdə buraxılış fənlərindən, X siniflərdə isə həm buraxılış, həm də Pedaqoji Şuranın qərarı ilə əlavə iki fənn üzrə keçirilir.
Böyük Summativ Qiymətləndirmənin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə məktəb rəhbərliyi və fənn müəllimlərindən ibarət komissiya təşkil edilib.             Müəllimlərə fənlər üzrə sualların tərtib olunması, imtahan zamanı nəzarətçi müəllimlərin nəzarəti və obyektivliyin qorunması tapşırılıb.
      Test kitabçaları tədris ili ərzində mənimsənilən materiallara dair suallar əsasında tərtib olub. İmtahan yekunlaşdıqdan sonra şagirdlərin test cavabları komissiya üzvləri tərəfindən yoxlanılaraq qiymətləndirilir. BSQ-nin keçirilməsi məktəbin direktoru Yasin Quliyevin rəhbərliyi ilə təlim-tərbiyə işləri üzrə direktor müavinləri Cəfərova Zərifə,  İsmayılova Elnurə və nəzarətçi müəllimlərin nəzarəti altında şəffaf şəkildə təmin olunur.
BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi