"Azad Şuşa" adlı tədbir  keçirilib

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31 Mart 2022-ci  iı tarixli F-121 nömrəli əmri ilə təsdiq edilmiş "Şuşa ili ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Seyidbalayeva Şəhlanın rəhbərliyi ilə dil - ədəbiyyat müəllimi Məhərrəmova Fəridə, musiqi müəllimi Qurbanova Məryəm və ibtidai sinif müəllimi İsmayılova Əsmayə  "Azad Şuşa" adlı tədbir hazırlamışlar. Tədbirdə müxtəlif yaş qrupları üzrə şagirdlər Şuşa haqqında şeirlər söyləmiş, mahnılar oxumuş, səhnəciklər və rəqslər nümayiş etdirmişlər.
       Tədbirə dəvət olunmuş Şəhid ailələri və Qazilər çıxış etmiş, bu möhtəşəm tədbirə və eləcə də dəvətə görə məktəb rəhbərinə dərin təşəkkürlərini bildirmişlər.
       Məktəbin direktoru Yasin Quliyev də öz növbəsində qonaqlara tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirərək, Azərbaycanın tarixi taleyində, xüsusilə də,  birinci və ikinci Qarabağ savaşlarında Şuşanın strateji mövqeyinin əhəmiyyəti haqqında geniş çıxış etmişdir. Sonda isə, məktəb rəhbəri məktəbin elmi və yaradıcı xüsusiyyətləri ilə fərqlənən şagirdlərini təltif etmiş və tədbirin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi