"Bir Gələcək" layihəsi

“Bir Könüllü” Təşkilatı cəmiyyətin inkişafına, hər bir Azərbaycan gəncinin və yeniyetməsinin maariflənməsinə və onların gələcəyinə xüsusi diqqət yetirir. Məhz bu səbəbdən təşkilatın təşəbbüsü ilə keçirilən "Bir Gələcək" layihəsi çərçivəsində müxtəlif təhsil sahələrində uğur qazanmış Azərbaycan tələbələri Bakı şəhəri və ətraf kənd və qəsəbələrdə yerləşən məktəbləri ziyarət edərək öz uğur hekayələrini və təcrübələrini məktəb şagirdlərinə ötürür, onların gələcək ixtisas və peşə seçimləri ilə bağlı suallarını cavablandırırlar.
Təşkilatın əməkdaşı Humay Abbasovanın moderatorluğu ilə keçirilən, maarifləndirici və motivasiyaedici çıxışlarla zəngin olan növbəti görüş isə məktəbimizdə təşkil olunmuşdur. Görüşdə "Bir Könüllü" Təşkilatının sədri Ülvi Əlizadə çıxış edərək məktəb şagirdlərinə öz tövsiyələrini verib və onları maraqlandıran suallara cavab vermişdir.
Şagirdlər tərəfindən çox maraqla qarşılanan bu görüşü təşkil etdiklərinə görə təşkilatın sədri Ülvi Əlizadə məktəb rəhbərliyinə təşəkkürünü bildirmişdir.