"Gələcək üçün peşə təhsili və təlimi"

"Gələcək üçün peşə təhsili və təlimi" layihəsinin komandası olaraq Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə təşkil etdiyi tədbirə məktəbimizin Hərbi rəhbəri Aslanşah Mehdiyevin rəhbərliyi ilə şagirdlərimiz də qatılmışdılar. Yüksək səviyyədə keçən bu tədbir şagirdlərimizin böyük marağına səbəb oldu və onlar rəngarəng əl işlərinin nümayişini sevinc hissi ilə izləmişlər.